
Futbol / Gündəm
16.10.2024, 13:09
"Milan" ingiltərəli futbolçunu istəmir
"Milan" bəzi futbolçularını qışda göndərmək istəyir.
Forvard.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" yayda icarəyə götürdüyü Temmi Abrahamla yollarını ayırmaq niyyətindədir.
Belə ki, ingiltərəli futbolçu gözlənilən performansı vermədiyi üçün onunla yollar ayrılacaq.
İtaliya nəhəngi qış "transfer pəncərəsi" zamanı "Lill" və Kanada millisinin hücumçusu Conatan Davidin keçidini reallaşdırarsa, Temminin ayrılığı dəqiqləşəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay