
Futbol / Gündəm
15.10.2024, 18:05
İngiltərə yığması Azərbaycanla matça itki ilə çıxacaq
21 yaşadək futbolçulardan ibarət İngiltərə yığması bu gün AVRO-2025-in seçmə mərhələsinin F qrupunda Azərbaycanla keçiriləcək oyununa ciddi itki ilə çıxacaq.
Forvard.az “Daily Mail”ə istinadən xəbər verir ki, "İpsviç Taun"un hücumçusu Liam Delap diskvalifikasiyaya görə oyunu buraxacaq.
Müvəqqəti məşqçi Ben Futçer potensial əvəzedicilər kimi “Tottenhem”dən Deyn Skarlett və “Birmingem”dən Cey Stansfildi nəzərdən keçirir.
İngiltərə - Azərbaycan oyunu Bristoldakı "Eşton Qeyt” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay