"Ölkədə iki bayram qeyd edilir. Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və yaxşı nəticə ilə sevindirə bilmədik".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" azarkeşlərini nə vaxt sevindirəcəksiz?

- Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

- Oyun planı nədən ibarət idi və nə həyata keçirilmədi?

- Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı komandaya mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik.

- Vəziyyət belə davam edərsə, qarşıdakı hədəflər nədir?

- Yalnız bir hədəfimiz var. İndi turlarla qalib gəlməyəndə, adamın dili gəlmir, çoxlu sözlər deyək. İndi sakit duraq. Ümid edirəm ki, futbol haqda danışmaq daha asan olacaq. Onu görəcəksiz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək. İstədiyimiz kimi oynayanda, danışmaq daha asan olacaq.

- Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması məsələsinə necə aydınlıq gətirərdiz?

- Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır.

- "Neftçi"nin istədiyi futbolu oynaması üçün nə çatışmır?

- Zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz.

- Rəhbərlik sizə o vaxtı verəcək?

- Bu suala mənim cavab verməyim düzgün alınmaz. Rəhbərliyə verməlisiz. Biz onlarla danışırıq. Onlardan yüksək səviyyəli anlayış görürəm. Futbolu çox yaxşı, yaxından dərk edirlər. Lazımı, düzgün addımlar atırlar. Mən bunu rəhbərliklə müzakirələrdən danışdıqdan sonra bu qərara gəldim. Bu insanlarla danışan zaman onları başa düşə bilirəm, onları dinləyirəm. Ona istinadən sizə bunu deyirəm. Çox yüksək səviyyədə başa düşürlər, çox yüksək dərkedici ambissiyaları var, bunun üçün nə etmək lazım olduğunu bilirlər.

Sportall.az


Son xəbərlər

"Sumqayıt" ölkə kubokunda buna razılaşdı

Abe, Kokauri və Əliyeva - "Böyük Dəbilqə"nin AFİŞASINDA

Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır

"İnter" 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyük hesabla uduzub

AFFA “Vətən” - “Neftçi” oyunu ilə bağlı araşdırmaya başladı

Oteldə qızla tanışlıq üçün qalmaqal yaradan futbolçunu belə cəzalandırdılar

Ramos bu kluba KEÇDİ

Tural Əsgərov: "Romaonun gedişi "Qarabağ"ın ziyanına işləyəcək"

Millimizin rəqibləri bəlli oldu - PÜŞK

"Arxayınlaşmaq olmaz, növbəti görüşü gözləyəcəyik"

Azərbaycan millisi Latviya çempionatında iştirak edəcək

Voleybolçularımızın komandası “Porto”ya qalib gəlib

Azərbaycan birinciliklərinə start verilib

“Azərreyl” ikinci pilləyə yüksəlib

Emin Abbasov: "Limitinin ləğvi ilə bağlı qərarı futboldan yetəri qədər anlayışı olmayan şəxslər verib"

Amit Quluzadə: "Gedənlərin qabağını kəsmədim"

Tural Piriyev: “Müasir futbolun şərtlərdən biri də odur ki...”

Diana Məmmədova rusları necə təəccübləndirib?

Mahir Şükürov yeni biznes qurdu

Joao Feliks "Milan"da

Azərbaycan Yunanıstanı qəbul edir

Autsayder “Gəncə”yə, lider “Azərreyl”ə qarşı

Londonda geridönüş - VİDEO

Nurlan Novruzov 40 yaşına kimi futbol oynamaq istəyir

AFFA-nın yeni baş katibi dəqiqləşib - RƏSMİ

İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərarlar

“Çelsi” müdafiəçisinin icarəsini razılaşdırıb

Konsept trenajorda federasiya birinciliyi keçirildi FOTOLAR

"Arsenal" "Mançester Siti"ni darmadağın etdi - VİDEO

Azərbaycanlı futbolçu oynadı, komandası bərabərə qaldı

"Böyük Dəbilqə"nin nəticələri

Hidayət Heydərov - 2024-cü ilin ən yaxşı cüdoçusu

Kənan Kərimov: “I Liqada zəif rəqib, autsayder yoxdur”

Mahmud Qurbanov: “Yəgin məni də xatırlayanlar tapılar…"

Cüdoçumuzdan möhtəşəm nəticə

Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionatında IX turun oyunlarının vaxtı açıqlandı

Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728