
Futbol / Gündəm
14.10.2024, 19:50
Azərbaycanın U-17 millisi yoldaşlıq oyunu keçirib
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq görüşü keçirib.
Forvard.az xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz oktyabrın 14-də Avstraliya yığması ilə ikinci yoldaşlıq oyunu keçirəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay