
Futbol / Gündəm
14.10.2024, 17:20
Arif əsədov: "Komandanın psixologiyasının necə olduğunu deyə bilmərəm"
Rəqibimiz Avropa çempionatının iştirakçısı və qrupun fovariti olan Slovakiyadır. Bu sözləri Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov Forvard.az-a deyib. Onun sözlərinə Hazırda Slovakiya qrupda birinci yer üçün İsveçlə mübarizə aparır: “Bu baxımdan 3 xal slovaklara hava və su kimi vacibdir. Birinci yeri hədəfləyirlərsə, mütləq qalib gəlməlidirlər. İsveçlə görüşdə, həmçinin Azərbaycan və Estoniya ilə oyunlarda xal itkisi olarsa, birinciliyi itirə biləcəklərinin fərqindədirlər.
Bizə gəldikdə isə ötən il millimiz Slovakiyaya qarşı qələbə qazanmışdı və bu baxımdan futbolçularımızda özlərinə inam ola bilər. Estoniyadakı məğlubiyyətdən sonra isə, komandanın psixologiyasının necə olduğunu deyə bilmərəm. Burda əsas məsələ bu psixologiyaya qarşı qalib gəlməkdir. Təbii ki, öz ölkəmizdə əvvəl məğlubiyyətə uğradığımız komandaya qarşı oynamaq güclü psixologiya və əzmkarlıq tələb edir. Ümid edirəm ki, axşamkı oyun milllimiz üçün uğurlu olar”.
Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl səfərdə Estoniyaya uduzub - 1:3. Fernandu Santuşun baş məşqçisi olduğu komanda bu gün Slovakiya ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.
Maya Hüseynova
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay