
Futbol / Gündəm
14.10.2024, 15:00
"Mançester Yunayted" üçün almaniyalı məşqçi
"Mançester Yunayted"in baş məşqçisi postuna daha bir namizəd bəlli olub.
Forvard.az xəbər verir ki, "qırmızı şeytanlar" Erik ten Haqın yerinə yeni baş məşqçi axtarışlarını davam etdirir.
Bu vəzifəyə namizədlərdən biri də Edin Terziçdir. "Borussiya"nın (Dortmund) sabiq baş məşqçisi ora yollanmağa hazırdır.
"Mançester Yunayted" onunla danışıqlara başlamağa hazırdır. Terziçdən savayı ingilislər Ruud van Nistelroy, Simone İnzaqi və Ruben Amorimlə də danışıq aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay