
Futbol / Gündəm
13.10.2024, 15:01
Azərbaycan millisinə qol vuran: "Bunu çoxdandır gözləyirdik
Estoniya millisinin futbolçusu İoan Yakovlev Millətlər Liqasının C1 qrupunun 3-cü turunda Azərbaycan yığması üzərində Tallində qazandıqları qələbəni (3:1), eləcə də bu görüşdə vurduğu qolu şərh edib.
Forvard.az federasiyanın rəsmi saytına danışan estoniyalı millimizlə görüş haqda bunları deyib:
"Mən çox xoşbəxtəm. Bu, mənim start heyətində ilk oyunum və ilk qolumdur. Ailəmlə birlikdə bunu çoxdandır gözləyirdik. Qələbə qazanmağımız çox yaxşıdır. Özümü çox xoşbəxt hiss edirəm".
Qeyd edək ki, Estoniya – Azərbaycan (3:1) görüşündə ilk qolu məhz Yakovlev vurub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay