
Cüdo / Gündəm
12.10.2024, 13:32
“Böyük Dəbilqə”: 2 cüdoçumuz 1/4 finalda
Abu-Dabidə (BƏƏ) cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
Forvard.az xəbər verir ki, ikinci yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxacaq.
73 kq
Rəşid Məmmədəliyev Bruno Bermeo (Ekvador) üzərində qələbə ilə başlayıb, daha sonra Xulio Sezar Kodaya (Braziliya) qalib gələrək 1/4 finala yüksəlib.
Nəriman Mirzəyev Tatsuki İşiharaya (Yaponiya) məğlub olub.
81 kq
Zelim Tçkayev Botond Tot (Macarıstan) yarışa üzərində qələbə ilə başlayıb. O, 1/4 finalda Adrian Sultsa (Rumıniya) ilə üz-üzə gələcək.
Ömər Rəcəbli 1/8 finalda Viçenzo Peliqra (İtaliya) - Ruslan Musayev (Qazaxıstan) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, turnirin ilk günündə Açelya Toprak (57kq) bürünc medal qazanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











