
Futbol / Gündəm
10.10.2024, 22:11
"Turan Tovuz"un müdafiəçisi oynadı, Moldova millisi qalib gəldi
UEFA Millətlər Liqasında 3-cü turun oyunları keçirilir.
Forvard.az xəbər verir ki, bu gün D Liqasının 2-ci qrupunda Moldova milli komandası doğma meydanda Andorra seçməsini qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Moldova millisinin üzvü olan "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçi də bu matçda iştirak edib. 28 yaşlı sol cinah müdafiəçisi 58-ci dəqiqədə meydana daxil olub.
2 oyun keçirən Moldova yığması maksimum nəticə göstərib və qrup lideridir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay