Bildiyiniz kimi Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bundan əvvəl işğaldan azad olunan ərazimizdə, Suqovuşanda beynəlxalq yarışlar təşkil edib. “Mingəçevir reqatası” və “Prezident kuboku” azad olunan ərazilərimizdə təşkil olunan ilk geniş miqyaslı və beynəlxalq idman yarışı idi.


Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası”nın nümayəndəsi Vüsal Qurbanov Forvard.az-a açıqlamasında deyib. Qeyd edib ki, Füzulidə ilk dəfə beynəlxalq yarış təşkil ediləcək:
“Federasiyamız bu dəfə də ilkə imza atıb. ”Mingəçevir reqatası” ilk dəfə olaraq Füzulidə Köndələnçay su anbarından start götürəcək. Yarışlarda ümumilikdə 12 ölkədən 15 komanda iştirak edir. Əlbəttəki “Mingəçevir reqatası”nın nüfuzu beynəlxalq səviyyədə hər ötən il daha da artır. Bu baxımdan iştirak edəcək idmançılar bu il daha təcrübəlidir. Bu dəfə idmançılarımızdan daha yaxşı nəticələr gözləyirik. Ədalətli idman mübarizəsi şərtilə biz əzmkar yürüşlər izləyəcəyimizə inanırıq və ümid edirik ki, idmançılarımız gözlənilən nəticələri göstərəcək”.

Federasiya numayəndəsinin sözlərinə görə, idmançıların praktika və təcrübələrinin çox olması önəmli cəhətlərdən biridir:
“Ötən il ilə müqayisədə idmançılarımız həm fiziki, həm də praktiki cəhətdən inkişaf ediblər. Yarışlar həmyaşıd yeniyetmə və gənclər arasında keçirilir. Yeniyetmələr üçün təşkil olunan avarçəkmə yarışlarına mükafat qoymaq nəzərdə tutulmur. Burada əsas məqsəd gənclərin təcrübə toplamasıdır. Xarici gələn komanda ilə birgə yarışmaq idmançılarımızın gələcək beynəlxalq yarışlar üçün təcrübəsinə böyük təkan verəcək. Onlar arasında seçilən idmançılar gələcəkdə milli komandanın təşkilində böyük rol oynayacaq. Rəqabətə davamlı, güclü komanda formalaşdırılacaq”, - deyə o, bildirib.

Qeyd edək ki, "Mingəçevir Reqatası 2024" 16-18 oktyabr tarixlərində Füzüli və Mingəçevirdə baş tutacaq.

Maya Hüseynova


Son xəbərlər

"Fənərbaxça"nın futbolçusu xəstəxanaya yerləşdirildi

"Beşiktaş" İngiltərə millisinin hücumçusu ilə maraqlanır

"Naxçıvan" "Abşeron"a qalib gəlib

Millimiz Estoniyaya məğlub olub

Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub

Ronaldo İngiltərə klublarının hədəfində?

"Turan Tovuz"un kapitanı "Qalatasaray"ın oyununda

Olimpiya çempionlarının Bakıda qələbə iddiası

"Milan"ın sabiq futbolçusu 31 yaşında karyerasını bitirdi

“Gəncə” “Milli Aviasiya Akademiyası”na qarşı

Xorvatiya millisinin sabiq üzvü qəzada həlak oldu

"Sabah" "Səbail"ə, "Qarabağ" "Neftçi"yə qarşı

Elnur Abdullayev bütün rəqiblərindən ehtiyat edir

“Qaradağ Lökbatan”ın direktoru nikbin danışdı

Aqşin Mürsəlov: “İkiqat sevincliyik”

Elmar Baxşıyev: "Hakimlikdən danışmaq istəmirəm"

Yunis Hüseynov: "Risk etmək istəmədik"

"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı

"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq

cüdo hakimləri üçün praktiki seminar təşkil olunub

Mart ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək

“Qarabağ”la “Zirə” geriləyib, “Neftçi” mövqeyini qoruyub

Yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Tofiq Musayev UFC-də: Debüt Bakıda olacaq

Bundesliqada yeni müqavilə

“Qarabağ”ın müəyyənləşdirdiyi yeni transfer qiyməti eşidənləri ŞOKA SALACAQ!

Messi gələcək karyerası ilə bağlı qərar verir

“Mançester Yunayted” avrokuboklarda unikal nailiyyət əldə edib

Füzulidə avarçəkmə nümayişi və əyləncəli proqram

UEFA reytinqində son vəziyyət necədir?

AL-da 1/4 final mərhələsinə yekun vuruldu

“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər

XXXI tura bir oyunla start veriləcək

KL-da yarımfinalçılar bəlli oldu

Amit Quluzadə: “Öz kişiliyimizlə I liqada oynayırıq”

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930