
Futbol / Gündəm
10.10.2024, 09:30
Minifutbol üzrə U-23 millisi yarımfinal matçına çıxacaq
Bu gün Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.
Forvard.az xəbər verir ki, yığma yarımfinalda Çexiya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Azərbaycan millisi daha əvvəl qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərədən (3:0) güclü olub. Yığma qrupda Hindistan seçməsini 16 cavabsız qolla üstələsə də, Serbiyaya uduzub - 1:5.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay