Azərbaycan beynəlxalq arenada qazanılan mükafatların sayına görə cüdoda aparıcı 8 ölkə sırasındadır. Sentyabrın ortalarına qədər böyüklər, kadetlər, kiçiklər və veteranlar səviyyəsində çıxışların cəminə əsasən, 156 mükafat qazanılıb (49-36-71). Bu da ölkəmizə dünya medal sıralamasında 8-ci yerdə qərarlaşmağa imkan verir.



Forvard.az İdman.biz-ə istinadən xəbər verir ki, qazanılan mükafatların sayına görə 9-cu yerdə olan cüdonun yaradıcıları - Yaponiyanı qabaqlayırıq.
Gündoğan ölkənin hesabında 47 qızıl, 20 gümüş və 42 bürünc var.

Əlbəttə, Paris Olimpiadasındakı tarixi nəticə də əsas göstəricidir, orada Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olublar, komandamız isə ümumi hesabda yalnız Yaponiyadan geri qalaraq ikinci yeri tutub.

Bundan əvvəl hər iki lider cüdoçumuz titulu qazandıqları Abu Dabidə keçirilən dünya çempionatında parlayıblar.

Dünya Turu yarışlarındakı cari göstəricilər nöqteyi-nəzərindən, ölkəmizdə keçirilən "Böyük dəbilqə" turniri tatami sahiblərinin qızıl het-trikə imza atması ilə məhsuldar olub: Zelim Tskayev (81 kq), Murad Fətiyev (90 kq) və Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hidayət Heydərov (73 kq) və Elcan Hacıyevin (81 kq) qızıl medal qazandıqları Avropa çempionatını da unutmaq olmaz. Yeri gəlmişkən, Elcan bu mövsüm artıq beş dəfə fərqlənib: o, Paris və Tbilisidə "Böyük dəbilqə" yarışlarının finalında çıxış edib, həmçinin Astanada analoji turnirdə və Portuqaliyada Qran-Pridə bürünc medal qazanıb.

Mövsümün medal sıralamasında mübarizə kifayət qədər gərgin gedir. Məsələn, altıncı yerdə olan Ukrayna bizdən bir qızıl medal öndədir - 50-yə qarşı 49. Yeddinci yerdə olan Əlcəzair ilə qızıl sayında bərabərlik olsa da, gümüş və bürünc mükafatların sayına görə irəlidədir. Bir sözlə, Azərbaycan “Top 6”ya daxil olmağa çox yaxındır. Braziliya isə beşincidir (62-50-81).

Ümumi medal siyahısında Fransa 124 qızıl, 104 gümüş və 190 bürünc mükafatla liderlik edir. Sonrakı yerdə Gürcüstan gəlir (70-61-101), ilk üçlüyü Özbəkistan (69-45-99) tamamlayır.


Son xəbərlər

Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb

Kotsoyev gümüş qazanıb, Kokauri üçün bürünc şansı

“Zirə” “Kəpəz”ə qarşı - Heyətlər

Zelim Kotsoyev qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycan gimnastı karyerasını başa vurub

İspaniya kubokunun finalında 8-ci "El Klasiko"

Avropa çempionatı: Kokauri və Kotsoyev 1/4 finalda

Yannik Sinner cəzadan sonra kortlara qayıdır

McLaren Formula E-dən Ayrılır

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub

Hidayət Heydərov Avropanın ən yaxşı cüdoçusu mükafatını alıb

Murad Fətiyev: "Dünya çempionatında medal götürməyi çox istəyirəm”

Azərbaycan komandası ilk 10-luğun astanasında

Olimpiya çempionumuzun Podqoritsa sınağı

“Zirə” “Kəpəz”ə qarşı

Madrid F1 Trasası: Sainz-ın Böyük İddiası

Meksika Qran Prisi uzadıldı

Alonsodan mühüm açıqlama

"Traktor"dan növbəti qələbə

Ayxan Abbasov: "Hər xal bizim üçün vacibdir"

Yunis Hüseynov: "Xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq"

"Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin etdi

1-ci Liqa: "Qəbələ" çempion oldu

Türkiyə Kubokunun final matçının məkanı dəyişdirildi - RƏSMİ

"Turan Tovuz" "Şamaxı" ilə heç-heçə etdi

Tçkayev və Fətiyev fəxri kürsüyə qalxdı

CEV prezidenti Bakı səfərinin məqsədini açıqlayıb

"Real"ın müdafiəçisi zədəsini sağaldıb

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib

Fətiyev və Tçkayev üçün bürünc şansı

"Bayern Münhen"in növbəti "10 nömrəsi"

Eubank Jr. və Benn arasında gərgin qarşılaşma yaxınlaşır

Fərid Qayıbov FİBA-nın baş katibini qəbul etdi

UFC Bakı turnirində səkkiz döyüş rəsmən təsdiqlənib

Fərid Qayıbov CEV prezidentini qəbul etdi

Avropa çempionatı: 3 cüdoçumuz 1/8 finalda

İdmançımız Çində medal qazandı

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930