
Futbol / Gündəm
8.10.2024, 20:30
Millimiz dünya çempionatında darmadağına imza atıb
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində böyükhesablı qələbə qazanıb.
Forvard.az xəbər verir ki, Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 16:0 hesabı ilə qalib gəlib.
Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya müqavimət göstərə bilməyib - 1:26.
Qeyd edək ki, Azərbaycan millisi sabah Çexiya ilə üz-üzə gələcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay