
Futbol / Manşet / Gündəm
20.09.2024, 14:30
Avstraliya millisi baş məşqçisi ilə yollarını ayırıb
Qrem Arnold Avstraliya millisinin baş məşqçisi kimi fəaliyyətini dayandırıb.
Forvard.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
61 yaşlı mütəxəssis 2018-ci ilin iyulundan bu milliyə rəhbərlik edir. O, komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Burada komanda 1/8 finalda Argentinaya uduzub.
Qeyd edək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay