
ŞOK TRANSFER – "Cadillac F1"in ilk sürücüsü oldu!
Formula 1-də böyük sürpriz! 2026-cı ildə debüt edəcək "Cadillac F1" komandası ilk sürücüsünü açıqlayıb.
Forvard.az xəbər verir ki, uzun illər "Mercedes" və "Alfa Romeo" ilə çıxış edən təcrübəli pilot Valtteri Bottas rəsmi olaraq amerikalı komandanın heyətinə qatılır.
35 yaşlı fin ulduzun transferi artıq təsdiqlənmək üzrədir və bu, "Cadillac"ın Formula 1-də güclü addımla debüt etməyi hədəflədiyini göstərir. Bottas "Mercedes" dövründə 4 dəfə Konstruktorlar Kubokunun qazanılmasında mühüm rol oynamış, podium uğurları ilə adını tarixə yazdırmışdı.
Mütəxəssislər hesab edir ki, "Cadillac" kimi nəhəng markanın F1-ə gəlişi idmanda yeni rəqabət mühitini yaradacaq. Bottas isə bu layihəyə liderlik edəcək ən doğru seçim kimi qiymətləndirilir.
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











