
Basketbol / Gündəm
4.08.2025, 13:52
Səbail mərhələsinin iştirakçıları məlum olub
Dünya Qadın Seriyasında Səbail mərhələsinin iştirakçıları məlum olub
Avqustun 23-24-də Bakıda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin oyunları baş tutacaq.
Forvard.az xəbər verir ki, Səbail mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.
Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 13-ü milli: Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya - 3-ü isə klub: “Zaqreb”(Xorvatiya), “Şanxay”(Çin),“CS Rapid”(Rumıniya) komandalarıdır.
Qeyd edək ki, Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











