“Kəhər”in gəlişi: simvol yoxsa zarafat?

“Qarabağ” klubunun yeni maskotu təqdim olunub. Adı “Kəhər”dir. Səhnəyə çıxış tərzi, görünüşü və simvolikası ilə az qala sosial şəbəkələrin zarafat mövzusuna çevrilib. “İlk dəfə stadiona gəldi” deyə təqdim edilən bu fiqur əslində klubun uzun illərdir imic və brendinq məsələsində nə qədər səthi düşündüyünü bir daha sübut etdi.

Baxaq. Qarabağ atı simvol seçilib, bu gözəldir. Amma görünüş? Dəri maskası xatırladan başlıq, gülməli ayaqqabılar, qəribə formalı qollar, məna yükü olmayan mimikalar və sonda “bu nə idi axı” dedirdəcək qədər zövqsüz dizayn. Uşaq bağçasına uyğun səviyyədə hazırlanmış bu maskot nə böyükləri heyran edir, nə də uşaqları cəlb edir. Əksinə, insanı “nə qədər qənaət ediblərsə, dizaynı süni intellektə elə-belə verib çıxarıblar” düşünməyə vadar edir.

“Qarabağ” Azərbaycanın son illərdəki ən sabit və uğurlu təmsilçisidir. Bunu heç kim inkar etmir. Amma bu uğurların kölgəsində uzun müddətdir hiss olunan bir mənzərə var: qənaət. İstər transfer siyasətində, istər mətbuat xidmətinin fəaliyyətində, istər marketinq işlərində bu yığımcılıq açıq-aşkar hiss olunur. İndi isə bu qənaətə “Kəhər” də qoşuldu.

Beynəlxalq klublar üçün maskot bir simvoldur. Arsenalda “Gunnersaurus”, "Real Madrid"də “Realmadridino” sadəcə kostyum deyil, klub mədəniyyətinin, tarixinin, marketinq hədəfinin bir parçasıdır. “Qarabağ” isə belə bir imkanı əlinin içi ilə itələyib, mövsümlük forma səviyyəsində ucuz bir yamaq əlavə edib. Heç olmasa bu qədər önəmli bir simvol üçün peşəkar dizaynerlərlə işləmək, canlı animasiya elementləri əlavə etmək, sosial mesaj daşıyan bir vizual yaratmaq mümkün deyildimi?

Görünən odur ki, klub yenə ucuzun dalınca qaçıb. Təki gündəmdə qalaq, təki bir “kontentimiz” olsun düşüncəsi ilə. Amma unudurlar ki, “Qarabağ” artıq regional yox, Avropa səviyyəli klubdur. Bu səviyyədə uşaq oyuncağına oxşayan maskot təqdim etmək sadəcə öz brendini aşağılamadır.

Belə yarımçıqçılıq bir klubun timsalında daha çox təəssüf doğurur. Çünki “Qarabağ” kimi bir klubun adını, tarixini, simvolunu bu qədər bəsitləşdirmək nə azarkeşə, nə sponsora, nə də gələcəyə hörmətdir.

Qısası, “Kəhər” bu stadionun simvolu deyil, maskaradır.

Forvard.az


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930