"Qarabağ" Avropa Liqası Liqa fazasının 2-ci turu çərçivəsində Bakıda "Malmö"yə 1:2 hesabı ilə məğlub olub.

Forvard.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. "Malmö"nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissədə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticə əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı oalcağıq.

- Çempionatdakı rəqabətsizliyə görə avrokuboklarda uduzursuz?

- Xeyr. İndi elə perioddayıq ki, bu haqda düşünmək olmaz. Xeyli sayda avrokubok oyunları keçirmişik. İnanmıram ki, hazırkı durum nəticəmizə təsir edir. Sadəcə ola bilər ki, bir neçə futbolçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub. Hər bir halda bugünkü gün üçün inanmıram təsiri olsun.

- Üç əvəzetmə etdiniz, amma Yankoviçlə bağlı pauza verdiz. Bunun səbəbi nədir?

- Romao bir az özünü yaxşı hiss etmirdi. Ona görə pauza etdim. Sonda da məncə, düzgün addım atdıq. Özünü pis hiss edirdi.

- Bəs Bəhlul?

- İlk hissədən sonra ağrısı var idi. İkinci hissədə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. İynə vurub çıxmışdı meydana.

- Sanki "Qarabağ" əvvəlki həvəsdə deyil, komandada nəsə baş verir, əvvəlki kimi oynaya bilmir. Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?

- Həvəsdən düşdüklərini deməzdim. Ola bilər indi elə vaxtdır ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə əgər məğlub oluruqsa, düşünməliyik ki, əvvəl ola bilər daha istəkli idik. Bunu qəbul etməliyik. Bir az bəzi oyunçularda... Mən görürəm, bilirəm. Bəziləri öz idman formasından uzaqdır. Ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, faydası olacaq.

- "Malmö" rəqiblər arasında zəiflərdən hesab olunurdu. Digər rəqiblərimiz daha güclüdür. Onlarla oyunda nə edəcəksiz?

- Heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropa komandalarıdır. Özümüzü də çox zəif saymırıq.Qarşıda dəyişik nəticələr çox olacaq.

- "qarabağ" kifayət qədər çox epizodları yaradır. Ən çox nəyin üstündə işləmək lazımdır ki, məntiqi sonluq vaxtında gəlsin?

- Fərdi yöndə. Əgər budursa, problem olmaz. Yaxşılaşdıra bilərik. Belə oyunlarda həyəcan olmasın. Həyəcana görə epizod vurulmasa, problem ola bilər. Amma texniki səhvdirsə, yaxın zamanda yaxşılaşdırmaq olar.

- Buntiç və Koxalski etibarlı qapıçılar sayıla bilməz. Şahruddin yenə əsas qapıçı kimi görünür. Qapıçılarla bağlı düşüncəniz necədir?

Düşünəcək heç nə qalmayıb. Fikirləşsək, qapıçılar hansı liqalardan gəlib? Hər ikisinin yetərincə bacarığı, keyfiyyəti var. Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddinin yaxın zamanlarda meydana dönməsi görünmür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi güvəniləsi qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra onlardan çox faydalanacağıq. Bu gün atacaq addımımız yoxdur.

- Qorxmursuz ki, psixoloji amil sonrakı matçlarınıza da təsir edə bilər?

- Qorxacaq, çəkinəcək bir şey yoxdur. Neçə illərdir ki, bu işin içindəyik. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Belə hallara çox soyuqqanlı yanaşmalıyıq.

- "Dinamo" səddini keçə bilməmək komandaya psixoloji cəhətdən təsir etdi? Sanki komanda o oyunda qalıb...

- Təsir etdi. Amma bu günə kimi qaldığını düşünmürəm. Xeyli müddət nəinki öz aramızda, azarkeşlər arasında, mediada belə fikirlər formalaşıb. Hamının gözü Çempionlar Liqasının Liqa mərhələsində idi. Bu, normal haldır. Hamınız bunu daim istəməlisiz. Biz isə belə hallarda daha da soyuqqanlı, daha da möhkəm olmalıyıq və komandanın problemi varsa, onu yoluna qoymalıyıq.


Son xəbərlər

Şahruddin Məhəmmədəliyev: “Belə asan qollar buraxmaq olmaz”

Belajdi Pusi: "Bu tempi qoruyacağıq"

Julio Romao: "Layiqli qələbə qazandıq"

"Qarabağ" Premyer Liqanın II yarısına qələbə ilə başladı

Kənan Kərimov: "Yerli bazarda istədiyimiz futbolçu yoxdur"

Aqşin Mürsəlov: " Forsmajor hadisə baş verməsə..."

"Mingəçevir" futbol klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalandı

Amit Quluzadə: "Bizə lazım olan transferləri etmişik"

“Neftçi” irəliləyib, “Qarabağ” mövqeyini qoruyub

Qvardiola boşandı

Avropa çempionatının startına 100 gün qalıb

"Ayaks" Van der Vartla müqavilənin müddətini uzadıb

Azərbaycan təmsilçisindən ayrılan futbolçu yeddi aydan sonra özünə klub tapıb

Azərbaycan millisində yeni məşqçi

Ceyhun Sultanov: “Onun yerinə daha keyfiyyətli oyunçu almaq olar

"Səbail" yenidən onu aldı

"Arsenal"ın gənc futbolçusu klubun tarixinə düşüb

Kamran Nəbizadə vəzifədən gedir? AÇIQLAMA

İgor Kşnyakin məşhur idmançının atası imiş - Nazir müavini paylaşım etdi

Vadim Abdullayev: "İstəyim odur ki, "Araz-Naxçıvan"la çempion olum"

Musa Qurbanlı: "Əsas odur ki, biz mübarizədən qopmayaq"

"Zirə"nin futbolçusu - "Ondan istifadə edəcəyik"

"Səbail"in qapıçısı - O barədə düşünmürük

Rüstəm Məmmədov: "İlk 3-lük"də yer almaq üçün iddiamızı davam etdirəcəyik"

Liderlər üz-üzə: “Abşeron”, yoxsa “Azərreyl”?

İbrahimova İspaniyada qalib gəlib və Allahverdiyevaya çatıb

“Qarabağ” səfərdə

Ayaz Quliyev: "Biz bu təzyiqə öyrəşmişik"

Aslan Kərimov: “Belə tədbirlər bizim üçün faydalıdır”

Pavol Şafranko: “Onunla birlikdə böyük uğurlara imza atacağıq”

Addai: “Bizim üçün asan olmadı”

Millimizin rəqibinə diskvalifikasiya təhlükəsi

Azərbaycan İsveçə qarşı

Bədavi Hüseynov: “AL-da hələ də şanslarımız var”

Zemfira Meftahətdinova: "Öz vətənimizə, həm də dünyaya töhvələr vermişik"

Bakıda beynəlxalq konfransın açılış mərasimi keçirilib

Fərid Qayıbov: “Azərbaycan Şahmat Federasiyasının işindən razıyıq”

Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031