"Qarabağ"ın oyununda 30 min bilet satılıb: ÖZƏL
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün baş tutacaq "Qarabağ" - "Malmö" (İsveç) matçına 30 min bilet satılıb.
Bu haqda Forvard.az məlumat əldə edib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.