
Futbol / Gündəm
2.10.2024, 20:26
Liqa mərhələsinin ilk turuna start verilib
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turuna start verilib
UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turuna keçirilən 2 oyunla start verilib.
Forvard.az xəbər verir ki, qarşılaşmalardan biri Türkiyənin İstanbul şəhərində "Başakşəhər" və "Rapid" (Avstriya) komandaları arasında baş tutub.
Doğma meydanda Avstriya təmsilçisini qəbul edən qardaş ölkə klubu 1:2 hesabı ilə uduzub.
Digər görüşdə Portuqaliyada "Vitoriya" evdə Sloveniya təmsilçisi "Sele"ni məğlub edib - 3:1.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
I tur
2 oktyabr
"Başakşəhər" (Türkiyə) - "Rapid" (Avstriya) 1:2
"Vitoriya" (Portuqaliya) - "Sele" (Sloveniya) 3:1
Qeyd edək ki, Liqa mərhələsində I turun qalan 16 matçı sabah keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay