
Futbol / Gündəm
7.06.2025, 17:49
Əfran İsmayılov Santuşdan və millidən gözləntisini dilə gətirdi
Bu gün Azərbaycan yığması səfərdə Latviya millisi ilə yoldaşlıq matçı keçirəcək. Baş tutatacaq görüşlə bağlı veteran futbolçu Əfran İsmayılov ölkənin əsas komandasından gözləntiləriylə bağlı Forvard.az – a danışdı.
“Həm səfərdə Latviya, həm də evdə Macarıstanla oyunda qələbə qazanmalıyıq. Yığmanın hazırkı vəziyyəti ürəkaçan deyil. Futbolçularda özünəinam demək olar ki, yoxdur. Santuşun artıq eksperiment aparması, hansısa futbolçuları fərqli mövqelərdə yoxlaması və digər bu kimi fəaliyyətlərinə son deməliyik. Portuqaliyalı kifayət qədərdir ölkəmizdədir və millimizin sükanı arxasındadır. Bu vaxta kimi eksperimentləri də yekunlaşdırmalı, heyəti də formalaşdırmalıydı. Odur ki, bizə qələbə lazımdır. Fərq etmir yoldaşlıq oyunu olsun, rəsmi matçlar olsun, futbolçularda özünə inam, mübarizə əzmi formalaşdırmaq üçün qələbələr gəlməlidir. Artıq səbrimizin tükənib. Hər iki oyunda Santuşun rəhbərlik etdiyi Azərbaycan seçməsi xalqımıza qələbə bəxş etməli və seçmə mərhələyə yüksək əhval-ruhiyyədə yollanmalıdır”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











