
Futbol / Gündəm
1.10.2024, 18:10
Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Forvard.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də, saat 17:00-da Qazaxıstana qarşı keçirəcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay