Ötən gün “Kəpəz”in baş məşqçisi Azər Bağırov klubla yollarını ayırdı. Rəsmi açıqlamalarda səbəb göstərilməsə də, futbol ictimaiyyətinə məlumdur: Bağırov klubun yeni rəhbərliyi ilə ortaq dil tapa bilmədi. Təəssüf ki, bu ayrılıq “Kəpəz” adına atılan uğursuz ilk addım oldu.

Bağırov “Kəpəz”in sükanı arxasına keçəndə klubun durumu qənaətbəxş deyildi. Komandanın Premyer Liqada cəmi 0 xalı vardı, bir çoxlarına görə elita üçün “arzuolunmaz qonaq” idi. Baza yox, stadion yox, sponsor yox, komandanın taleyi “qonşu danışığı” səviyyəsində həll olunurdu. Belə bir xaosun içində Azər Bağırov həm liderlik etdi, həm də bu komandaya nəfəs verdi.

Nəticə? “Kəpəz” elitada qaldı. Təkcə nəticə deyil, atmosfer də dəyişdi. Yerli futbolçularla işləməyi bacaran, reallıqlara uyğun plan quran bir məşqçi obrazı yaratdı. Futbolçular onu qəbul etdi, azarkeşlər ona hörmətlə yanaşdı. “Sahibsiz komanda”nın ruhunu oyadan məşqçi idi Bağırov.

İndi nə baş verir? Klubun yeni rəhbərliyi ilk iş olaraq yerli, işini bilən, zəhmətini ortaya qoyan məşqçini göndərir və yerinə əcnəbi gətirmək istəyir. Nə üçün? Əcnəbi gətirmək “yenilik” deməkdirsə, onda bu “yenilik”in hansı əsaslara dayandığını izah etməlidirlər. Bəlkə bu ölkəyə gələn hər əcnəbi mütləq səviyyəli məşqçidir? Yoxsa hər əcnəbi “Pep Qvardiola”dır?

Problem ondadır ki, bizdə hələ də “əcnəbi gətirmək = inkişaf” kimi primitiv bir anlayış hökm sürür. Halbuki məsələ, o məşqçinin kimliyi və iş prinsiplərindədir. Azər Bağırov bu komandanı tanıyır, bu şəraiti bilir və bu mühitin içində uğur əldə edib. Onu göndərmək – nəzakətlə desək – yanlış qərardır, açıq desək, futboldan anlayışı olmayanların verdiyi qərardır.

“Kəpəz”in yeni rəhbərliyi ilə start verdiyi bu dövr artıq ciddi suallar doğurur. Görünən odur ki, idarəetməyə yeni gələnlər klubun son illərdə yaşadığı çətinlikləri, qazanılan təvazökar uğurları dərk etmədən işə başlayıblar. Əgər Azər Bağırov kimi bir məşqçini sadəcə “yeni dönəm” xatirinə göndərirlərsə, bu, nə idman prinsiplərinə, nə də sağlam düşüncəyə sığır.

Unutmaq olmaz: “Kəpəz” Azərbaycanın ən köklü klublarından biridir. Bu klubun tarixi var, azarkeşi var, potensialı var. Lakin bu klubun bir də reallığı var – hələ də resurssuzdur, infrastrukturu zəifdir və sistem problemi yaşayır. Belə bir vəziyyətdə azdan çox çıxaran, ruh verən, sistem yaradan bir məşqçiyə arxa çevirmək böyük səhvdir.

Bəlkə də Bağırovun gedişi ilə yeni rəhbərlik öz “möhür”ünü vurmaq istəyir. Amma elə ilk səhifədən səhv möhür vuruldu. Bəlkə hələ gec deyil... Amma futbol zamanı gözləmir.

Ağa Dadaşzadə
Forvard.az



Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930