
Futbol / Gündəm
1.10.2024, 15:00
Məşhur klub azarkeşlərə qadağa tətbiq etdi
"Atletiko" ev matçlarında iştirakla bağlı klub reqlamentini yeniləyəcək.
Forvard.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin saytı məlumat yayıb.
Bildirilir ki, artıq azarkeşlərə stadiona üzlərini örtən geyimda gəlmək adağan olunacaq.
Bu qaydanı pozan azarkeşlər stadiondan uzaqlaşdırılacaq. "Atletiko" meydana müxtəlif əşyalar atan azarkeşləri klubun üzvlüyündən birdəfəlik məhrum edəcək.
Qeyd edək ki, La Liqanın 8-ci turunun "Atletiko" - "Real" matçı (1:1) 70-ci dəqiqədə azarkeşlərin davranışına görə yarımçıq dayandırılıb. Matç 20 dəqiqə sonra bərpa edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay