Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Xorvatiyada keçiriləcək dünya çempionatında iştirak edəcək U-23 millisinin üzvləri ilə görüşüb.


Forvard.az xəbər verir ki, görüşdə çıxış edən qurum rəhbəri gənc komandanın mundialda iştirakının mühüm olduğunu vurğulayıb.

Azərbaycanda minifutbolun sürətlə inkişaf etdiyini bildirən Orxan Məmmədov yığmanın potensialına inandığını və ölkəmizi layiqincə təmsil edəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Federasiya prezidenti futbolçuların ölkəmizə parlaq qələbə ilə dönmələrini arzulayıb. Görüşdə çıxış edən U-23 millisinin baş məşqçisi Rəcəb Fərəczadə göstərilən diqqətə görə federasiya rəhbərinə təşəkkürünü çatdırıb. O, komandanın perspektivli futbolçulardan qurulduğunu və debüt ilində dünya çempionatında uğurlu nəticə göstərmək istədiklərini bildirib.

Qeyd edək ki, 23 yaşadək futbolçuların minifutbol üzrə dünya çempionatı oktyabrın 7-dən 10-na qədər Xorvatiyanın Malıy Loşin şəhərində keçiriləcək. 12 komandanın iştirak etdiyi yarışda millimiz B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə birlikdə mübarizə aparacaq. Millinin heyəti ölkə çempionatında fərqlənən gənc futbolçulardan təşkil olunub. Milliyə ən çox futbolçu “Sumqayıt”dan (4) çağırılıb. Gələcəkdə daha iddialı komanda yaratmaq məqsədi ilə yeni mövsümdə hər komandanın heyətində bir nəfər 23 yaşlı futbolçunun olması tələbi qoyulub.


Son xəbərlər

Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb

Kotsoyev gümüş qazanıb, Kokauri üçün bürünc şansı

“Zirə” “Kəpəz”ə qarşı - Heyətlər

Zelim Kotsoyev qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycan gimnastı karyerasını başa vurub

İspaniya kubokunun finalında 8-ci "El Klasiko"

Avropa çempionatı: Kokauri və Kotsoyev 1/4 finalda

Yannik Sinner cəzadan sonra kortlara qayıdır

McLaren Formula E-dən Ayrılır

“Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub

Hidayət Heydərov Avropanın ən yaxşı cüdoçusu mükafatını alıb

Murad Fətiyev: "Dünya çempionatında medal götürməyi çox istəyirəm”

Azərbaycan komandası ilk 10-luğun astanasında

Olimpiya çempionumuzun Podqoritsa sınağı

“Zirə” “Kəpəz”ə qarşı

Madrid F1 Trasası: Sainz-ın Böyük İddiası

Meksika Qran Prisi uzadıldı

Alonsodan mühüm açıqlama

"Traktor"dan növbəti qələbə

Ayxan Abbasov: "Hər xal bizim üçün vacibdir"

Yunis Hüseynov: "Xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq"

"Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin etdi

1-ci Liqa: "Qəbələ" çempion oldu

Türkiyə Kubokunun final matçının məkanı dəyişdirildi - RƏSMİ

"Turan Tovuz" "Şamaxı" ilə heç-heçə etdi

Tçkayev və Fətiyev fəxri kürsüyə qalxdı

CEV prezidenti Bakı səfərinin məqsədini açıqlayıb

"Real"ın müdafiəçisi zədəsini sağaldıb

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib

Fətiyev və Tçkayev üçün bürünc şansı

"Bayern Münhen"in növbəti "10 nömrəsi"

Eubank Jr. və Benn arasında gərgin qarşılaşma yaxınlaşır

Fərid Qayıbov FİBA-nın baş katibini qəbul etdi

UFC Bakı turnirində səkkiz döyüş rəsmən təsdiqlənib

Fərid Qayıbov CEV prezidentini qəbul etdi

Avropa çempionatı: 3 cüdoçumuz 1/8 finalda

İdmançımız Çində medal qazandı

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930