Gimnastika / Gündəm
30.09.2024, 17:10
Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar
Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Forvbard.az-a verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.
Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.
Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay