
Futbol / Gündəm
30.09.2024, 16:03
Azərbaycan millisi Gürcüstanda ikinci yoldaşlıq görüşünü keçirib
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması Gürcüstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.
Forvard.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyunundan da Gürcüstan yığması qalib ayrılmışdı - 4:0.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay