
Futbol / Köşə / Gündəm
9.05.2025, 17:17
Azarkeşlərə ümid, tənha stadionlara nəfəs
Azərbaycan futbolunun son illərdə keçdiyi inkişaf yolu nəinki meydançalarda, həm də idarəetmədə müşahidə olunan müsbət dəyişikliklərlə müşayiət olunur. Bu yüksəlişin mərkəzində dayanan əsas qüvvə isə Peşəkar Futbol Liqası (PFL) və onun hazırkı prezidenti Elxan Səmədovun rəhbərliyi ilə həyata keçirilən yenidənqurma prosesləridir. Futbolu idarə etmək təkcə oyunu təşkil etmək deyil — bu, həm də bir ideologiya, bir strategiya, bir missiyadır. Elxan Səmədov bu missiyanı məsuliyyətlə daşıyan, vizyon sahibi bir rəhbər kimi fərqlənir.
2024/2025 mövsümündə PFL-in təşəbbüsü ilə tətbiq olunan yeni liqa formatı – Premyer Liqanın 12 komanda ilə, ədalətli yüksəliş və eniş mexanizmləri ilə təşkili – Azərbaycanda futbolun daha rəqabətli, daha stimullaşdırıcı bir mühitdə inkişaf etməsinə səbəb olub. Ədalətli yarış prinsipi aşağı liqalarda da motivasiyanı artıraraq hər bir komandanın məqsədli şəkildə yüksəlməyə çalışmasına zəmin yaradır.
Texnoloji və ekoloji baxımdan da PFL yeni bir səhifə açıb. "Adidas Conext25 Pro" kimi dünya səviyyəli topların istifadəsi, bu sahədə ekoloji həssaslığın və texniki keyfiyyətin eyni anda qorunmasının göstəricisidir. Bu yanaşma, Azərbaycan futbolunun sadəcə yerli deyil, beynəlxalq ölçüdə də rəqabətə hazır olduğunu sübut edir.
Ancaq PFL-in ən böyük uğurlarından biri — uzun illər unudulmuş, baxımsız qalmış, bir zamanlar futbolçusuz qalıb heyvanların otlaq sahəsinə çevrilmiş stadionlara yeni nəfəs verməsidir. Elxan Səmədovun rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüslər nəticəsində həmin stadionlar yalnız yenidən oyuna qayıtmadı, həm də əhalinin, xüsusilə də gənclərin həyatında yenidən bir mərkəzə çevrildi. Regionlarda futbolun dirçəlməsi, azarkeşin oyuna qovuşması və futbolun bir mədəniyyət kimi bərpası məhz bu yanaşmanın nəticəsidir.
Sumqayıtda keçiriləcək Azərbaycan Kuboku finalı da bu baxımdan simvolik xarakter daşıyır. Uzun illər boyu yalnız bir neçə şəhərdə cərəyan edən əsas oyunların artıq regional mərkəzlərə daşınması futbolun hər kəsin haqqı olduğunu göstərən əlamətdar bir dəyişiklikdir.
Bir sözlə, Elxan Səmədovun idarəçiliyi altında Azərbaycan Peşəkar Futbol Liqası — təkcə turnirlərin təşkilatçısı deyil, futbolun gələcəyinə strategiya quran, stadionlara nəfəs, oyuna ruh, futbolsevərlərə isə inam bəxş edən bir quruma çevrilmişdir.
PFL — bu gün futbola dayaq, sabaha ümid və Azərbaycan gəncliyinə stimul verən önəmli bir sütundur.
Ağa Dadaşzadə
FORVARD.AZ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay