Azərbaycan idmanında son illər bir sıra sahələrdə yenidən doğuluş yaşanır. Bu doğuluşun parlaq nümunələrindən biri də voleyboldur. Uzun illər durğunluq dövrü keçirmiş bu idman növü hazırda ikinci baharını yaşayır. Və bu canlanmanın arxasında yeni komanda, aydın strategiya və səmimi səy dayanır.

2023-cü ilin sonlarında Azərbaycan Voleybol Federasiyasına (AVF) rəhbər təyin olunan Şahin Bağırovun rəhbərliyi ilə voleybolda tam fərqli ab-hava formalaşıb. Onun gəlişi ilə təkcə idarəçilikdə deyil, həm də idmanın kütləviləşdirilməsində, regionlara yayılmasında və beynəlxalq arenadakı görünürlüyümüzdə ciddi dönüşlər yaşanır. Federasiyanın baş katibi Faiq Orucov da gənc yaşına baxmayaraq, müasir və çevik idarəetmə tərzi ilə bu inkişafın əsas simalarından biridir.

Bir vaxtlar təkcə Bakı ilə məhdudlaşan voleybol indi regionlara doğru genişlənir. Yarışlar artıq bölgələrdə keçirilir, çimərlik voleybolunda Avropa səviyyəsində nailiyyətlər əldə olunub, azyaşlılar və gənclər arasında maraq artır. Bu, planlı və sistemli işin nəticəsidir. Şahin Bağırov və komandasının yanaşması idmanda yalnız nəticə deyil, həm də infrastruktur, təlim-tərbiyə və media əlaqələrinin vacibliyini ortaya qoyur.

Burada xüsusi bir ada ayrıca toxunmaq yerinə düşər: Federasiyanın mətbuat katibi Şəfəq Kərimova. O, sabiq voleybolçu kimi idmanın ruhunu yaxşı anlayır və bu təcrübəsini peşəkar kommunikasiya ilə birləşdirərək federasiya ilə ictimaiyyət arasında möhkəm körpü qurub. Medianın federasiyaya olan marağı, ictimai rəylərin müsbətliyi, informasiya axınının şəffaf və davamlı olması – bütün bunlar onun zəhmətinin nəticəsidir.

Azərbaycan Voleybol Federasiyası artıq təkcə yarış təşkil edən deyil, eyni zamanda bu idman növünü cəmiyyətə sevdirən, yeni nəsli ona bağlayan, beynəlxalq uğurları hədəfləyən bir quruma çevrilib. Qarşıdakı illərdə daha böyük nailiyyətlərin şahidi olacağımıza şübhə yoxdur. Çünki doğru idarəetmə, səmimi niyyət və dayanıqlı strategiya hər zaman uğurun əsas açarlarıdır.

Voleybol Azərbaycanda sadəcə idman növü deyil, artıq bir inkişaf hekayəsidir. Və bu hekayənin ən gözəl fəsilləri hələ qarşıdadır.

Ağa Dadaşzadə
Forvard.az


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031