
Digər / Qalan növlər / Gündəm
9.05.2025, 12:52
Azərbaycan Velosiped idmanı Federasiyasının yeni icraiyyə komitəsinin ilk iclası keçirilib
Mayın 8-də Respublika Velotrekində Azərbaycan Velosiped idmanı Federasiyasının yeni icraiyyə komitəsinin ilk iclası keçirilib.
İclasdan öncə federasiyanın yeni Prezidenti və icraiyyə komitəsinin üzvləri Velotrek kompleksi ilə yaxından tanış oldular.
İclas zamanı gündəlikdə olan ən vacib məsələlər üzərində müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib.
Əlavə olaraq qeyd etmək istərdik ki, bu gün velosiped idmanı üzrə yığma komandamızın iki üzvü Özbəkistanda keçirilən beynəlxalq yarışda iki bürünc medal qazanıblar. Yarışlar davam edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay