
Futbol / Gündəm
9.05.2025, 11:00
"Betis" 12-ci oldu
"Betis" avrokuboklarda finala yüksələn 12-ci İspaniya klubudur.
Forvard.az "Opta"ya istinadən xəbər verir ki, komanda buna UEFA Konfrans Liqasının yarımfinal mərhələsində İtaliya təmsilçisi "Fiorentina"nı mübarizədən kənarlaşdırmaqla nail olub.
Doğma meydanda rəqibini 2:1 hesabı ilə üstələyən "yaşıl-ağlar" cavab matçında heç-heçəyə razılaşıb - 2:2.
İndiyədək Almaniyanın 12, İngiltərənin isə 15 komandası avrokuboklarda final həyəcanı yaşayıb.
Qeyd edək ki, "Betis" mayın 28-də finalda İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay