"Kəpəz"in baş məşqçisi Azər Bağırovun "Report"a müsahibəsi

- Premyer Liqanın XXXIII turunda səfərdə "Neftçi" ilə qarşılaşdınız və matç heç-heçə yekunlaşdı. Qələbə qazanmağınıza nə mane oldu?

- Bildiyiniz kimi, son saniyələrə qədər 2:1 hesabı ilə öndə idik. "Neftçi"nin heyətində yer alan futbolçuların gücü hər kəsə bəllidir. Çətin oyuna çıxacağımızı bilirdik. Çempionatda qalmağımızı rəsmiləşdirmək üçün qələbə lazım idi. Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. Lain ikinci yarıya çox yaxşı başladıq. Etdiyimiz 4 oyunçu dəyişikliyi komandanın gücünə güc qatdı. Böyük hesabla qələbə qazana da bilərdik. Təəssüf ki, təkbətək epizodlardan yararlana bilmədik. Düşünürəm ki, son dəqiqələrdə qapımıza təyin olunan penaltini verməmək də olardı.

- Sizcə, hesab oyuna görə olmadı?

- Bəli, məncə, bu belə idi. Çünki ikinci hissədə çox gözəl futbol nümayiş etdirdik. Hücum edən tərəf "Kəpəz" idi. Təəssüf ki, bir neçə real imkanı boşa verdik. Hətta bir epizodda top tirə dəydi. Bu səbəbdən hesabın oyuna görə olmadığını söyləyə bilərəm.

- VI turdan sonra "Kəpəz"ə baş məşqçi təyin olunanda komanda 0 xalla sonuncu sırada qərarlaşmışdı. Lakin komandanız hazırda sonuncu pillədə yer alan "Səbail"dən 7 xal öndədir. Elitadakı yerinizi qorumaq məsələsini böyük ölçüdə həll etmisiniz. Çətin vəzifənin öhdəsindən gəldiyinizi düşünürsünüz?

- Biz komandanı götürəndə 15 top buraxılmışdı və cəmi 2 qol vurulmuşdu. Demək olar ki, qış fasiləsinə qədər çox şeyləri dəyişdik. 3 və 4-cü dövrələrdə 18 xal toplamışıq. Bu isə hazırda avrokuboklara düşmə zonasında olan komandalardan daha yaxşı nəticə göstərdiyimiz anlamına gəlir. "Kəpəz"ə təyinatım gerçəkləşəndə bəzi dostlarımız və futbol mütəxəssisləri arxamca bildirmişdilər ki, "Azər Bağırov öz karyerasını oda atdı". Lakin fərqli alındı. İşlər qaydasında getdi, çəkdiyimiz əziyyətin bəhrəsini, demək olar ki, görmüşük. İnşallah, növbəti turda bu artıq rəsmiləşəcək. Komandamızın çıxışı göstərdi ki, "Kəpəz"ə gəlməklə doğru addım atmışam.

- "Kəpəz"dəki işinizlə məşqçilik karyeranızda özünüzü təsdiqlədiyinizi düşünürsünüz?

- Bəzən kimsə haqqımızda yaxşı sözlər deyəndə, digərləri söyləyirlər ki, avrokuboklarda heç bir uğurlu çıxışımız olmayıb. Amma bildirmək istəyirəm ki, 15 ildən artıqdır ki, Azərbaycan futbolunun uğurları üçün çalışıram. U-11, U-19 yığmaları və AFFA Region Liqası komandasında işləmişəm. Mənim müəyyənləşdirdiyim heyətlər çempionluqlar yaşayıb. Lakin bəziləri bunlardan xəbərsizdirlər. İnşallah, öz işimə davam edəcəyəm.

- Cari mövsümün sonunda "Kəpəz" rəhbərliyinin sizlə yolları ayıracağı və rumıniyalı mütəxəssis Mirça Redniki baş məşqçi postuna təyin edəcəyi söylənilir. Bu barədə nə deyə bilərsiniz?

- Bu, köhnə söz-söhbətdir. Mən hazırda "Kəpəz" rəhbərliyindən razıyam. Bildirməliyəm ki, baş məşqçinin işi daimi deyil. Gəliş olduğu kimi, gediş vaxtı da var. Ayrılığı futbolun bir hissəsi kimi qəbul etməliyik. Bu gün hər kəsin özünün istəyi ola bilər. Hazırda rəhbərliklə münasibətim yaxşıdır. Amma ayrılığn olub-olmayacağını zaman göstərəcək.

- Yeni sponsorun yaxın günlərdə təyin edəcəyi rəhbərliklə görüşünüz olub?

- Xeyir, heç bir rəsmi təyinat və ya dəyişiklik olmayıb. Təkcə Media və Marketinq departamentinin direktoru vəzifəsi istisna olmaqla. Klubun hazırkı İdarə Heyətinin sədri İlqar Nadiri ilə danışmışam. O bildirdi ki, hər şey qaydasındadır və mənimlə bağlı fikirləri müsbətdir. Arzu edirəm ki, nə olursa, Gəncə futbolunun xeyrinə olsun. Çünki "Kəpəz" azarkeşi futbolu bilir və hər şeyi doğru anlayır. Gəncəli tərəfdarlar heç vaxt yaxşılığı unutmurlar.

- Komandanın ətrafında gəzən bu söz-söhbət futbolçuları oyuna motivasiya edərkən sizə çətinlik yaratmır?

- Əlbəttə, çətinlik yaradır. Bu məsələ futbolçulara mənfi təsir göstərə bilər, amma mənə yox. Əksinə, daha da ruhlanıram və motivasiyalı oluram. Belə söhbətlər mənə əlavə güc verir. Biz məşqçiyik və çətinliklərə öyrəşməliyik.

- Həftəsonu "Sumqayıt"la oyuna çıxacaqsınız. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Bizim üçün çətin oyundur. Qələbə qazansaq, Premyer Liqada yerimizi rəsmən qorumuş olacağıq. İstəyirik ki, hər şey öz əlimizdə olsun. Bu səbəbdən yalnız qələbə barədə düşünürük. Hətta bildirməliyəm ki, digər matçlarda da qalib gəlmək və mövsümü major notlarla başa vurmağı hədəfləyirik.


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031