Bir il əvvəl böyük vədlərlə Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti seçilən Anar Quliyev ötən müddətdə bu vəzifənin öhdəsindən gələ bilmədiyini acı reallıqla sübut edib. İdman ictimaiyyəti ümid edirdi ki, yeni rəhbərlik altında federasiya dirçələcək, bu idman növü ölkəmizdə inkişaf edəcək. Amma nəticələr tam əksini göstərir – federasiya iflic vəziyyətindədir.

1 ildə 1 yarış – bu, “uğur”durmu?

Anar Quliyevin rəhbərliyi dövründə cəmi bir yarış təşkil olunub. Bəli, düz oxudunuz: bir il ərzində yalnız bir. Əgər digər yarışlar təşkil olunubsa adını bilmədiyimiz mətbuat katibi məlumat verə bilər. Bu qədər passivlik, bu qədər laqeydlik təkcə idmançılar üçün yox, ümumiyyətlə, federasiyanın özü üçün də utancvericidir. İdmançılar hazırlıq keçə bilmirlər, məşq üçün zallar belə icarəyə götürülməyib. Rəhbərlik bir il ərzində sadə bir məşq mərkəzi belə yaratmayıb.

Rəsmi sayt “ölü”, şəffaflıq sıfır

Federasiyanın rəsmi saytı faktiki olaraq işləmir. Saytda nə rəhbərlik haqqında məlumat var, nə görülən işlər, nə də idmançılarla bağlı hər hansı məlumat. İstənilən beynəlxalq federasiya nümayəndəsi və ya media üzvü bu sayta daxil olanda, qarşısında boşluq görür. Bu qədər informasiyasızlıq, bu qədər şəffaflıqdan uzaqlıq – bu, artıq sadəcə məsuliyyətsizlik deyil, laqeydliyin və qeyri-peşəkarlığın açıq göstəricisidir.

İnfrastruktur "çöllər"də

Forvard.az-a verilen məlumata görə, spesifik idman növü ilə çöllükdə məşğul olurlar. İnverter problemindən tutmuş, qablaşdırılmış qidalara qədər natamamdır. Ümumiyyətlə, infrastruktur yoxdur!

Əlaqə qurmaq – mümkünsüz missiya

Federasiyanın nümayəndələri ilə əlaqə qurmaq belə mümkünsüzdür. Əgər bir federasiya cəmiyyətlə və medianın sualları ilə bu qədər məsafəli davranırsa, demək ki, gizlədəcəyi çox şey var. Maraqlıdır: Anar Quliyev və komandası nəyi gizlədir? Həqiqi problemlər nədir? Nə baş verir və niyə bu qədər qapalı saxlanılır?

Mühüm yarışlardan geri qalırıq

Anar Quliyevin rəhbərliyi altında federasiya bir sıra vacib beynəlxalq yarışlarda iştirak etməyib. Bunların arasında Dünya Kuboku və Avropa Qran-prisini qeyd etmək olar. Bu, artıq yalnız federasiyanın problemi deyil – bu, ölkənin idman nüfuzuna zərbədir. Bir neçə il öncə müəyyən inkişaf yoluna çıxmış kamandan oxatma idman növü, indi, demək olar ki, ölüm nöqtəsinə gətirilib.

Sualımız var, cənab Quliyev: NƏ İLƏ MƏŞĞULSUNUZ?

Bir il ərzində görülməyən işlər, atılmayan addımlar, qurulmayan sistem və dağılan əlaqələr göstərir ki, Anar Quliyev federasiyanın rəhbəri kimi funksiyasını icra etmir. Əgər bu sahədə bilik, maraq və istək yoxdursa, bəlkə də, yerinizi bu işi bilən və sevən birinə vermək zamanıdır.

Azərbaycan idman ictimaiyyəti susmamalıdır. Kamandan oxatma kimi bir sahənin məhv olmasına göz yumulmamalıdır. Və ən əsası – belə rəhbərliklə federasiyanın gələcəyi yoxdur.


P.S. Federasiyanın rəsmi saytında sonuncu xəbər ötən ilin oktyabr ayında olub.

Ağa Dadaşzadə
Forvard.az


Son xəbərlər

"Borussiya" İsveç millisinin üzvünü transfer etdi

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031