"Qarabağ" bu gün Azərbaycan futbolunun bayraqdarı sayılır. Dəfələrlə ölkə çempionu olmuş, Avropa arenasında ölkəmizi uğurla təmsil edən komandadan söhbət gedir. Bəli, bu uğurlar asanlıqla qazanılmayıb. Lakin bu yüksəlişin fonunda unudulan insanlar da az deyil. O adlardan biri və bəlkə də ən haqsızcasına gözdən qaçırılanı – mərhum prezident Adil Nadirovdur.

Adil Nadirov "Qarabağ"ın tarixində ən çətin dövrə rəhbərlik edib. Klubun ayaqda qalması, sıradan çıxmaması üçün şəxsi vəsaitini, enerjisini, nüfuzunu ortaya qoyub. Müharibə və iqtisadi böhran illərində klubun qapılarının bağlanmaması onun fədakarlığının nəticəsi idi. Futbolçulara maaş verilməsi, komandanın səfərlərə çıxarılması və s. kimi məsələlərdə əsas yük məhz onun çiyinlərində olub.

Ancaq bu gün klubun bazasında, stadionunun dəhlizlərində və rəsmi platformalarında Adil Nadirovun adına rast gəlmək mümkün deyil. Nə bir şəkil, nə bir lövhə, nə də bir xatirə guşəsi. Sanki bu klub heç vaxt onun əllərində yaşayıb-yaratmayıb. Bu səssizlik sadəcə unutqanlıq deyil, həm də məqsədli bir laqeydliyin təəssüf doğuran nəticəsidir.

"Qarabağ"ın bu günkü uğurları o dövrə dirənişin üzərində inşa olunub. Klubun Avropadakı nəticələri, müasir infrastruktur və sabit idarəçiliyi keçmişi görməzdən gəlməyə əsas vermir. Əksinə, bu sabitliyin necə və kimlərin hesabına qurulduğunu xatırlamaq və xatırlatmaq borcdur.

Adil Nadirov bu klub üçün sadəcə bir rəhbər deyildi. O, "Qarabağ"ın varlığı uğrunda mübarizənin simvolu idi. Onun adı klub tarixində ön sıralarda çəkilməli, gələcək nəsillərə nümunə kimi təqdim olunmalıdır. Bir fotoşəkil, bir lövhə, bir anım tədbiri...

Böyüklük təkcə qələbə qazanmaq deyil. Böyüklük tarixi unutmamaqdır. "Qarabağ" bu məsələdə daha çox susmamalıdır. Vaxt keçir, amma gec deyil.

Adil Nadirovun haqqı tanınmalı, xatirəsi layiq olduğu şəkildə yaşadılmalıdır. Bu, həm mənəvi borc, həm vicdan məsələsi, həm də futbol tariximiz qarşısında bir düzəlişdir.

Pressing.az


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031