Bu mövsüm II Liqada çempionluq və üst liqaya yüksəlmək uğrunda mübarizə aparan iddialı komandalar arasında “Hypers Quba” da var idi. Quba təmsilçisi XXIII turda doğma azarkeşləri önündə “Dinamo”nu məğlub etsə də, əsas rəqibi “Şimal”ın qələbə qazanması ilə həm ilk “üçlük”də yer almaq, həm də I Liqaya vəsiqə şansını itirdi. Üstəlik, komanda hələ 4-cü pilləni də rəsmiləşdirməyib. Onları addım-addım “Şəmkir” izləyir. Bu səbəbdən “Hypers Quba” son iki turda da qələbə qazanmaq məcburiyyətindədir. Komandanın ən təcrübəli oyunçusu və bombardiri Forvard.az-a verdiyi müsahibədə çempionat, şəxsi göstəricilər və gələcək planlardan danışıb.

- Çempionatla bağlı fikirlərin maraqlıdır...

– II Liqa gərgin, mübarizəli və olduqca maraqlı keçir. Aşağı liqa olsa da, bütün komandalar maksimal nəticə qazanmağa çalışır. Artıq elitaya vəsiqə qazanan komandalar bəllidir, lakin çempionluq və liqanı tərk edəcək komandalar hələ də məlum deyil.

- Hazırda komandan 4-cüdür. I Liqaya yüksəlmək şansını itirdiz. Bu uğursuzluğun səbəbini nədə görürsən?

– Biz I Liqaya yüksəlmək uğrunda sona qədər mübarizə apardıq. Bəzi oyunlarda bəxtimiz gətirmədi, bəzilərində isə qol imkanlarını dəyərləndirə bilmədik və əksinə, qapımızda qollar gördük. Bu da futbolun bir parçasıdır. Qalan oyunları da qalib başa vurub mövsümü ilk “dördlük”də bitirmək istəyirik.

- Hazırda 27 qolla çempionatın iki bombardirindən birisən. Bu barədə nə düşünürsən?

– 34 yaşım olmasına baxmayaraq, qol vurmaqdan zövq alıram. Bombardirlər siyahısında olmaq mənə əlavə motivasiya verir. Mövsümü ən sərrast oyunçu kimi başa vurmaq istəyirəm. Bütün rəqiblərimə də uğurlar arzulayıram – qoy, layiq olan bombardir olsun.

- Səncə, Qubada futbolu İmişli və Tovuzdakı qədər populyarlaşdırmaq mümkündürmü?

– Əlbəttə! Ev oyunlarımıza nəzər salsanız, görərsiniz ki, azarkeşlər stadionu doldurur. Quba sakinləri arasında futbola maraq yüksəkdir. Şəhərimizin 2025-ci ildə ölkənin idman paytaxtı elan olunması və müxtəlif idman tədbirlərinə ev sahibliyi etməsi də sevindirici haldır.

- Yığmamızın son iki oyunu barədə nə deyə bilərsən?

– Təəssüf ki, hazırkı Azərbaycan milli komandası son 35 ilin ən zəif yığmalarından biridir. Nəticələr ürəkaçan deyil, komanda oyunu hiss olunmur. Bununla belə, fərdi keyfiyyətləri yüksək olan futbolçularımız var. Xüsusilə gənclərdən Səbuhi Abdullazadə və Şahin Şahniyarovu qeyd edərdim. Hazırda bizi sevindirən əsas məqam belə istedadlı oyunçuların milli komandaya qazandırılmasıdır.

- Peşəkar karyeranı başa vursan da, futboldan doymamısan. Neçə yaşına qədər oynamağı planlaşdırırsan?

– Hələ ki fiziki durumum yaxşıdır, topun dalınca qaçmaqdan bezməmişəm. Karyeramın nə vaxt sona çatacağını bilmirəm – bu, 40 yaşımda da ola bilər, gələn mövsüm də. Hazırda yalnız meydanda mübarizə aparmağa fokuslanmışam. Futboldan ayrılmaq istənilən oyunçu üçün çox çətindir.

- Gələn mövsüm səni harada görəcəyik?

– Sağlamlığım imkan versə, gələn mövsüm də “Hypers Quba”da çıxış edəcəyəm. Klub rəhbərliyi, məşqçilər və komanda yoldaşlarımla münasibətlərim çox yaxşıdır. Burada özümü xoşbəxt hiss edirəm. Hansı liqada oynamasından asılı olmayaraq, gələcək karyeramı da bu klubda başa vurmaq istəyirəm.

- Səncə, Premyer Liqada legioner limitinin aradan qaldırılması I və II Liqadakı yerli və təcrübəli oyunçuların sayına necə təsir edəcək?

– Legioner limitinin ləğvini düzgün saymıram – bu, mənim şəxsi fikrimdir. Qərar artıq verilib, dəyişmək mümkün deyil. Amma limitin olmaması nəticəsində bəzi oyunçular Premyer Liqada yer ala bilməyəcək. Onlar I və II Liqalara keçəcəklər ki, bu da bu liqaların səviyyəsini artıra bilər.

- II Liqada təcrübəli oyunçuları görəndə nə hiss edirsən? Bu, sənə əlavə motivasiya verirmi?

– Əlbəttə. Təcrübəli oyunçuların II Liqada yer alması çox yaxşı haldır. Bu, yalnız mənim üçün deyil, ümumilikdə çempionat üçün motivasiya və azarkeş marağı deməkdir. Mənə ən çox sevinc gətirən isə gənc oyunçulara dəstək olmaqdır. Məsələn, komandamızda Ağabəkir Həşimli, İbrahim İbrahimli kimi perspektivli gənclər var və biz onların inkişafına yardımçı olmağa çalışırıq.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Braziliya millisində 60 ildən sonra ilk yaşanıb

"Ümid edirəm ki, İtaliya AVRO- 2032 üçün stadionlarını modernləşdirə biləcək"

Reynders "Mançester Siti"nin maraq dairəsində

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031