
Cüdo / Gündəm
7.05.2025, 20:01
Yığmamızın heyəti açıqlandı
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək. Azərbaycan bu yarışda qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Fidan Əlizadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay