
Basketbol / Gündəm
7.05.2025, 18:07
Final seriyasının növbəti oyunlarının təqvimi açıqlanıb
Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunlarının təqvimi açıqlanıb.
Forvard.az xəbər verir ki, "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək dördüncü matç mayın 8-də, saat 19:00-da başlayacaq.
Mayın 11-nə təsadüf edəcək beşinci qarşılaşma isə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, indiyə qədər tərəflər arasında 3 görüş baş tutub. Bu görüşlərin ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb. Final seriyasında 4 qələbəyə çatan tərəf Azərbaycan Basketbol Liqasının qalibi olacaq
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay