Uşaq futbolu Azərbaycanın ən yaralı yeridir. Buradakı problem ölkədə idmanın bu növünün inkişaf etməsinin qarşısını alır. Bunu həm AFFA, həm klubların rəhbərliyi, həm də mütəxəssislər açıq şəkildə etiraf edirlər. Amma bu istiqamətdə hansısa işlər görülmür.

Mayın 5-də AFFA-nın rəsmi saytında yayımlanan bir xəbər diqqətimi çəkdi. "U-16 Belarus yığması ilə yoxlama görüşləri keçirəcək" başlıqlı məqalədə qeyd olunur:

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək. U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır".

Millinin təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz:

1.Bilal Hacıyev (Qarabağ), 2.Ülvi Abbaslı (Sumqayıt), 3.Kamal Camalzadə (Neftçi), 4.Uğur Qurbanlı (Qarabağ), 5.Roman Fərzəli (Qarabağ), 6.Vaqif Nəbiyev (Qarabağ), 7.Arda Əzizli (Qarabağ), 8.Mehdi İsmayılov (Qəbələ), 9.Tunar Bayramov (Qəbələ), 10.Ramil Hacıyev (Zirə), 11.Cəfər Balakişiyev (Zirə), 12.Ruslan Quliyev (Neftçi), 13.Yusif Orucəliyev (EFA), 14.Mirzə Məmmədli (Sumqayıt), 15.Ömər Kosayev (Sumqayıt), 16.Raul Hüseynov (Vətən), 17.Furqan Musayev (Beşiktaş, Türkiyə), 18.Şikar Şikar (Neftçi), 19.Murad İsmayılov (Qarabağ). 20.Cavidan Əlizadə (Qarabağ), 21.Tunar Əsgərzadə (Qarabağ). 22.Nicat Rəhimli (Qəbələ).

Qeyd: “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.

Yəqin ki, "Sabah"dan hansısa oyunçunun yığmaya çağrılmaması bizim kimi dəyərli oxucuların da diqqətindən qaçmadı. Görəsən, Bakı təmsilçisindən milliyə nə üçün oyunçu dəvət olunmayıb? Məsələ ilə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, baş məşqçi Aqil Nəbiyev yığmaya AFFA U-15 Liqasında çıxış edən oyunçuları dəvət edib. Uşaq futbolunda nəticələri uğur sayan "Sabah" rəhbərliyi U-14, U-15, U-16 Liqalarında komandalarının ən azı finala vəsiqə qazanmasını baş məşqçilərin qarşısına məqsəd qoyub. Bu səbəbdən də U-16 yığmasına hansısa oyunçu göndərilməyib.

Görəsən, U-16 Liqası kimi adi turnirdə çempionluq "Sabah" rəhbərliyi üçün milli komandadan üstündür? "Sabah bizik" devizi ilə ictimaiyyətə car çəkən klub nə üçün yığmaya oyunçu göndərmir? Demək ki, aparılan təbliğat, görülən işlər Azərbaycan futbolunun gələcəyi üçün yox, "bayquşlar"ın rəhbərliyinin özlərini reklam eləməkdən başqa şey deyilmiş.

Məsələ ilə bağlı həm klubun, həm də AFFA-nın mövqeyini işıqlandırmağa çalışacağıq.

Sport1.az


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031