I Liqaya vəsiqə qazanan “Şimal”da yeni baş məşqçi təyinatı gerçəkləşib. Xaçmaz təmsilçisini gələn mövsümdən Zaur Ramazanov çalışdıracaq. “Xəzər-Lənkəran”ın sabiq üzvü ilə neçə illik müqavilə imzalanıb? Komandanın digər baş məşqçi Rəcəb Mahmudovun taleyi necə olacaq? Xaçmazlıların icraçı direktoru Elxan Yusifli Forvard.az – a açıqlamasında bu suallara aydınlıq gətirib.

“Bildiyiniz kimi I Liqada mübarizə aparmaq üçün fərqli şərtlər var. Lisenziyalaşdırma tələblərindən biri də ən azı B kateqoriyalı məşqçi komandanın sükanı arxasında olmalıdır. Rəcəb Mahmudovun isə həmin kateqoriyası yoxdur. Ona görə də biz B kateqoriyalı məşqçi axtarışına çıxdıq. Sonda Zaur Ramazanovla razılığa gəldik. Onunla 1 illik sözləşmə imzaladıq. Zaur bəy ilə razılığa gəlməyimizdə komandamızın ən təcrübəli futbolçusu və kapitanı Tural Cəlilovun xüsusi rolu oldu. Onlar vaxtilə birgə “Xəzər-Lənkəran”da çıxış ediblər. Odur ki, yeni baş məşqçi semimizdə kapitanımızın rolu böyükdür. Ola bilsin ki, Tural Cəlilov I Liqada artıq oynayan-məşqçi yox, köməkçi məşqçi kimi çalışsın. Rəcəb Mahmudov isə növbəti mövsümdə yeni yaradılacaq U-15 komandamızın həm rəhbəri, həm də baş məşqşçisi olacaq”.

Xaçmaz təmsilçisində qapıçılarla işləyən qadın məşqçi də olacaq. Klub rəsmisi bu barədə də məlumat bildirdi.

“I Liqa tələblərindən biri də komandada qapıçılarla işləyən məşqçinin olmasıdır. Bu posta isə xanım məşqçi namizəd üzərində dayandıq. Gələn mövsümdən Zülfiyyə Bayramova qapıçı məşqçisi kimi bizimlə olacaq. O, AFFA-ın qapıçı məşqçi kursunu uğurla keçib. Zülfiyyə xanım həmçinin “Baku Juniors Sport Club”da qolkiper kimi çıxış edir”.

ABDULLA İSMAYILOĞLU


Son xəbərlər

"Borussiya" İsveç millisinin üzvünü transfer etdi

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031