Hazırda yaxşı günlərini yaşamayan “Sumqayıt” klubunda problemlər bir-birini əvəz edir.

Forvard.az-ın əldə etdiyi məlumata görə, turnir cədvəlində 29 xalla səkkizinci pillədə qərarlaşan komandanın baş məşqçisi Vaqif Cavadovun bəzi yerli futbolçularla münasibətlərində gərginlik yaşanır. Bildirilir ki, gənc çalışdırıcı yarımmüdafiəçi Rövlan Muradov, hücumçu Kamran Quliyev və qapıçı Rəşad Əzizli ilə prinsip məsələsi yaşayır.

Klubun mətbuat katibi Zaur Xudiyev Forvard.az-a açıqlamasında bu iddiaları təkzib edib:

“Vaqif Cavadovun heç bir futbolçu ilə şəxsi prinsipi yoxdur. Rövlan Muradovun şansını gözləməyini baş məşqçi vurğulayıb. Son görüşdə isə o, yenidən meydana çıxdı. Kamran Quliyev barədə danışsaq, yeni futbolçuların komandaya qoşulmasından sonra baş məşqçi onun çıxışından razı qalmayıb. Qapı xəttində isə Cavadov hazırda iki qapıçı arasında seçim edir.”

Amma klub daxilindən aldığımız məlumata əsasən, Rəşad Əzizli məşqlərdə ən çox seçilən və özünü göstərən əsas qapıçılardan biridir. Bu məsələ ilə bağlı Zaur Xudiyev belə cavab verib:

“Bizim məşqlərə əvəzedici heyətdən də qapıçılar qoşulur. Ümumilikdə 4-5 qapıçı iştirak edir. Amma Rəşadın şans qazanmaması prinsip məsələsi ilə bağlı deyil.”

P.S. Təcrübəli, potensiallı və zədəsi olmayan futbolçular hansı səbəbdən ehtiyatda qalır? Bu suala yalnız baş məşqçi Vaqif Cavadov aydın cavab verə bilər. Lakin Azərbaycan futbolunun inkişafını istəyiriksə, yerli futbolçularımıza dəyər verməliyik. Görünür, Vaqif Cavadov özünün neçə yaşında futboldan uzaq qaldığını artıq unudub...

Ağa Dadaşzadə


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031