
Güləş / Gündəm
5.05.2025, 16:33
Azərbaycan güləş məktəbinin yetirməsi olan dünya çempionu vəfat edib
Azərbaycan yunan-Roma güləşi məktəbinin yetirməsi olan Viktor Avdışev dünyasını dəyişib.
Forvard.az xəbər verir ki, o, 69 yaşında ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, 1956-cı ildə Göygöldə dünyaya gələn Viktor Avdışev gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının 2 qat (1978, 1983) və Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978) və SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay