Qubada keçirilmiş yeniyetmə cüdoçular arasında Avropa Kuboku Avropa Gənclər Olimpiya Festivalı (EYOF) və Avropa çempionatı üçün seçim yarışı idi.

Forvard.az xəbər verir ki, bunu "Report"a açıqlamasında yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov deyib.

O, turnirin çox yaxşı təşkil olunduğunu bildirib: "Rusiya cüdoçularının, Qazaxıstan və Gürcüstan millilərinin gəlməsi yarışın səviyyəsini artırdı. Bu, Avropa Gənclər Olimpiya Festivalı və Avropa çempionatı üçün seçim turniri idi. Heyət bəllidir, amma müəyyən çəkilər var ki, onlarla bağlı qərar verdik. Respublika çempionatında nəticə əldə edənlərin, demək olar ki, hamısı Qubada iştirak edirdi. Əsas heyət üzvlərinin əksəriyyəti nəticə əldə etdilər. İdmançı sayımızın çox olması isə ölkə birinciliyində 5-7-ci yeri tutanların da qatılması ilə bağlı idi. Onlardan da ikisi nəticə qazandı. Yaxşı çıxış edənlər də oldu. Bir sözlə, təcrübə əldə etdilər".

İskəndərov Azərbaycan cüdoçularının əsas rəqiblərinin Rusiya təmsilçiləri olduğunu söyləyib: "Final bloklarında da əsasən onlarla üz-üzə gəlirdik. Avropa Kubokunda 2009-cu ildən olanlara da təcrübə qazanmaları üçün şans verdik".

Baş məşqçi iyunda Şimali Makedoniyada təşkil olunacaq EYOF və Avropa çempionatında da yaxşı nəticə əldə etmək istədiklərini sözlərinə əlavə edib: "İşin gedişatına, idmançıların durumuna baxdıqda, yaxşı nəticələrə ümid edirik. Amma bu, idmandır. Hər şey ola bilər. Qarşıdakı turnirlərdə daha çox medal qazanmaq niyyətindəyik".

Qeyd edək ki, 18 medal (3 qızıl, 6 gümüş və 9 bürünc) qazanan Azərbaycan yığması Avropa Kubokunda komanda hesabında ikinci yeri tutub. Ölkəni yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edib.


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031