“Aprel ayı ölkəmizdə bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Suverenliyimizin rəmzinə çevrilən Xankəndi şəhəri bu il də idmançılarımıza qucaq açdı”.

Forvard.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov aprel ayını dəyərləndirərkən deyib.

Nazir vurğulayıb ki, ikinci Xankəndi ultramarafonu bu dəfə 192 km məsafəni əhatə edib və “İdman Paytaxtı”mız Qəbələdə start götürərək Xankəndidə finişə çatıb: “İştirakçıları şəhər meydanında qarşıladıq, qalibləri təbrik etdik. Qeyd edim ki, Xankəndi həm də bu il III MDB Oyunlarının keçiriləcəyi 7 şəhərimizdən biridir. Bu məqsədlə şəhər stadionunun yenidən qurulması işləri də davam etdirilir. Yeri gəlmişkən, III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində inşası davam edən Yevlax Olimpiya İdman Kompleksinə, Gəncə şəhər stadionuna, eləcə də əsaslı təmir işləri aparılan Qəbələ, Şəki və Göygöl Olimpiya İdman Komplekslərinə, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə baxış keçirdim. Aparılan tikinti, təmir-bərpa işlərinin vaxtında və keyfiyyətlə başa çatması üçün müzakirələr apardıq. Eləcə də, Tərtər Olimpiya İdman Kompleksində tatamilər və müasir avadanlıqlarla təchiz olunmuş yeni cüdo zalının açılış mərasimində iştirak etdik”.

Qayıbov əlavə edib ki, artıq Oyunlara 5 aydan da az vaxt qalır: “Bu günlərdə III MDB Oyunlarının maskotlarını – “Bəbir” və “Leyla”nı, eləcə də veb-saytını ictimaiyyətə açıqladıq. İnanıram ki, bu Oyunlar ölkəmizin təşkilatçılıq bacarığının növbəti nümunəsi olacaq”.

Onun sözlərinə görə, bu il Bakı daha bir ilkə nail olacaq: “Yayın qızmar günlərində Azərbaycan ilk dəfə məşhur UFC turnirinə ev sahibliyi edəcək. Döyüş gecəsi iyunun 21-də Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakı Kristal Zalında baş tutacaq. Bununla bağlı Mayamidə UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə əməkdaşlıq haqqında razılaşma imzaladıq. Bu turnirin Bakıda keçirilməsi Azərbaycanın idman sahəsində regional lider olmasının sübutudur. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Xatırladım ki, Bakı həm də 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilib”.

Nazir bildirib ki, ay ərzində kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turniri, bədii gimnastika üzrə Dünya və Avropa Kubokları, şahmat üzrə “Çempionların savaşı” turniri və “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı ölkəmizdə yüksək səviyyədə təşkil olunub: “Bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq idman ictimaiyyəti tərəfindən artan etimadının və peşəkar təşkilatçılıq potensialının göstəricisidir. Beynəlxalq yarışlar təkcə Bakıda deyil, regionlarda da uğurla keçirilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası miqyasını ilbəil genişləndirir. Reqata Mingəçevirlə yanaşı, Tərtəri (Suqovuşan) də əhatə etdi. Bundan başqa, beynəlxalq reqata çərçivəsində Köndələnçayda (Füzuli rayonu) da sakinlər üçün xüsusi tədbir keçirildi.

Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük uğurlara imza ataraq, ölkəmizi layiqincə təmsil etdilər. Akrobatika gimnastlarımız tarixdə ilk dəfə olaraq həm qadın, həm də kişi qruplarında Avropa çempionatının medallarını qazandılar. Yunan-Roma və sərbəst güləş üzrə milli komandalarımız qitə çempionu oldular. Bundan başqa, cüdoçularımız Avropa çempionatından 5 medalla qayıtdılar. Həmçinin idmançımız İsa Rüstəmov ağırlıqqaldırma üzrə qitə çempionatına tək qoşulsa da tam dəst medal qazana bildi”.

Fərid Qayıbov diqqətə çatdırıb ki, artıq ikinci dəfədir ki, ölkəmiz beynəlxalq gimnaziadada geniş tərkibdə təmsil olunur: “Bu dəfə Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında rekord sayda – 291 idmançı ilə təmsil olunan ölkəmiz uğurla çıxış edərək 85 medal qazandı. Bu yarış yeniyetmə idmançılarımızın multi-idman yarışlarında təcrübə toplaması və komanda olaraq formalaşması üçün stimul olmaqla yanaşı, ölkəmizdə keçiriləcək MDB Oyunlarına da yaxşı bir hazırlıq oldu. Ay ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşmək, onların təəssüratlarını dinləmək imkanım oldu. Bu görüşlər idmançılara gələcək yarışlara daha böyük əzmlə hazırlaşmaq üçün əlavə stimul verir.

Yeni seçilən Xüsusi Olimpiya Komitəsinin rəhbərliyi ilə birlikdə xüsusi olimpiyaçılar və bu sahədə çalışan mütəxəssislərlə görüş keçirdik, qarşıdakı planları birgə müzakirə etdik. Bundan başqa xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında “Parlayan günəşlər” adlı idman oyunlarının açılış mərasimində də iştirak etdim. Belə tədbirlər uşaqların idman sahəsində öz bacarıqlarını nümayiş etdirmələri və cəmiyyətə inteqrasiya olmaları baxımından böyük əhəmiyyət daşıyır”.

O bildirib ki, apreldə Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silva ilə, Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriçlə, FIBA-nın baş katibi Andreas Zaqklislə, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa ilə, Avropa Karlar İdman Təşkilatının prezidenti Losif Stavrakakislə, Beynəlxalq Gimnastika Federasiyasının “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşərək idman sahəsində əməkdaşlıq əlaqələri və inkişaf perspektivlərini müzakirə ediblər: “Dünya Badminton Federasiyasının ümumi yığıncağında Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilərək tarixdə ilk dəfə bu qurumun rəhbər orqanına seçilən nümayəndəmiz oldu. Dünya Etnosport Konfederasiyasının VII Beynəlxalq Forumunda Azərbaycan Atçılıq Federasiyası etnosportun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı. Bu uğurlar münasibətilə hər iki federasiyanın rəhbərliyini təbrik edirəm.

Beləliklə, daha bir ay effektiv oldu. Görülən işlər və əldə olunan uğurlar daha böyük qələbələr üçün zəmin yaradır. İnanıram ki, idmanın inkişafı və gənclərimizin potensialının yüksəlişi bizi yeni zirvələrə doğru istiqamətləndirəcək”.


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031