
Futbol / Gündəm
2.05.2025, 12:01
Vaqif Cavadov "Sumqayıt"dan göndərilir
"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırmaq qərarına gəlib.
Forvard.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi daha təcrübəli mütəxəssis axtarışına çıxıb.
Mövsümün sonunda Cavadovun göndərilməsi böyük ölçüdə qərarlaşıb. Hətta əcnəbi mütəxəssisin dəvət olunması şansı da yüksəkdir.
Qeyd edək ki, Vaqif Cavadov "Sumqayıt"a ötən ilin oktyabrından rəhbərlik edir.
[/b]Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay