
Futbol / Gündəm
28.04.2025, 17:20
NBA çempionu vəfat edib
Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi “Nyu-York Niks”in keçmiş müdafiəçisi, adı Basketbol Şöhrət Zalına daxil edilmiş, ikiqat çempion Dik Barnett 88 yaşında vəfat edib.
Forvard.az xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.
Onun ölümün təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, D.Barnett 1965-1973-cü illərdə “Nyu-York Niks”in formasını geyinib və bu müddət ərzində iki dəfə NBA çempionu olub. Müdafiəçinin 12 nömrəli forması klub tərəfindən əbədiləşdirilib. O, "Nyu-York Niks" tarixində ən çox xal qazanan 9-cu oyunçudur. Barnett 2024-cü ildə Basketbol Şöhrət Zalına daxil edilmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay