AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qubada 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.

Forvard.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.

Hacıhüseynli kənd tam orta məktəbin komandası turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq, Vladimirovka kənd tam orta məktəb və Ağbil kənd tam orta məktəb tutublar. Vladimirovka kənd tam orta məktəbin şagirdi Zəhra Mustafayeva 3 qolla turnirin ən məhsuldar oyunçusu olub. Hacıhüseynli kənd tam orta məktəbin şagirdi Züleyxa Qəniyeva ən yaxşı oyunçu, Ağbil kənd tam orta məktəbin şagirdi Zəhra Rasikova isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutanlar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) milli komandanın baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Qeyd edək ki, layihənin təşkilində əsas məqsəd gələcəkdə AFFA U-13 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçılar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatlarla təmin olunub.


Son xəbərlər

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Braziliya millisində 60 ildən sonra ilk yaşanıb

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031