"Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolumuzu vursaydıq, qələbəni qeyd edə bilərdik. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Forvard.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 32-ci turun "Araz-Naxçıvan"la (1:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Premyer Liqada qalmaq şansını Madi Ketanın son dəqiqələrdə əldən verdiyi qol epizodunu boşa verməklə əldən çıxdığını demək olar?

- Ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə olmasın? Biz onlara güvən verməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Biz ümidliyik. Sona qədər mübarizə aparacağıq.

- Qalib gəlsəydiniz, "Kəpəz"lə xal fərqiniz 5-ə enəcəkdi. Gəncə klubu ilə müqayisədə, son 4 turda sizi hardasa daha uyğun rəqiblərlə oyunlar gözləyir...

- Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda "Şamaxı" ilə oyunumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Bizə də hər oyuna çətindir. Fərqindəyik. Yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik.

- Demək olar ki, bu gün iki xal itirdiz?

- Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi epizodu vursaydı, üç xal qazansaydıq, daha gözəl olardı.

- "Kəpəz"i qarşıda "Neftçi", "Qarabağ" və "Turan Tovuz"la ağır oyunları var. Sizdə isə qrafik bir qədər yumşaqdır. Bu sizə ruh yüksəkliyi gətirir?

- Dediyinizi biz də analiz edirik. Ümidimizi üzmürük. Futbolda hər şey mümkündür. Allah qoysa, bu durumdan çıxaq, ondan sonra başqa söhbətlər edək.

- "Zirə" ilə görüşdə son saniyələrdə qol buraxdınız, bu gün Rüfət Abdullazadənin tirdən qayıdan zərbələri var idi. Hətta vurduğunuz qol zamanı top da qapıya daxil olmaq istəmirdi. Sanki şanssızlıq yaşayırsız?

- Biz ümidimizi üzmürük. Təki Allah bizə kömək olsun. Ən sonda qisməti verən Allahdır. Nəsibimizdə varsa, olacaq.


Son xəbərlər

Millimizin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib

Region Liqasında yarımfinalın ilk oyunları keçirilib

Millimizin Ukrayna ilə matçının yeri müəyyənləşib

Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza

Rusiya millisinin baş məşqçisi klubda da işləyə bilər

Millimiz dünya çempionatının hazırlığına başlayacaq

"Səbail" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi

Zaqatala komandası texniki məğlubiyyət alıb

AFFA-da. "Turan Tovuz" a cəza

AFFA-nın qərarları

Formula 1 yarışı 75 illiyini qeyd edir

"Liverpul"dan Səudiyyə Ərəbistanı klubuna

"Ciddi işlər görməyi planlaşdırırıq"

NBA-da ilk yarımfinalçı bəlli olub

İtaliya klubu tarixində ilk dəfə III liqada

Millimizin üzvü Polşa klubundan ayrıldı

"Beşiktaş"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Mançester Siti" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

Top-5 liqalarda transfer pəncərəsi eyni anda bağlanacaq

AŞF rekordlar kitabında

Azərbaycan cüdoçularının liderliyi davam edir

UEFA AFFA-nı cərimələyib

"Fənərbaxça" ilə "Əl-Hilal" hücumçularını dəyişə bilər

"Bavariya" millinin üzvünə 3 illik müqavilə təklif etdi

"Qarabağ" - "Kəpəz" matçının biletləri satışa çıxarıldı

"Səbail"in legioneri yeni mövsümə Azərbaycanda başlaya bilər

"Bayer"in futbolçusu "Liverpul"a keçir

Mançester Yunayted"i "Yuventus"a dəyişə bilər

Pley-offa ilk vəsiqə sahibini gözləyir

UEFA reytinqindəki mövqeyimiz müəyyənləşib

Ağsu stadionunda beynəlxalq oyunlar keçirilə bilər

“Mançester Yunayted”in ulduzu xəstəxanaya yerləşdirilib

"Bavariya"nın forvardı MLS-ə yollanacaq

Azərbaycanın 8 kamandan oxatanı Avropa kubokuna qatılıb

İtaliyanı 5-ci dəfə ÇL-də təmsil edəcək

Vaqif Sadıqov: "Fotosessiyalara son qoymuşuq"

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031