"Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı matçlarda yaxşı dincəlib, analiz edib, oyunlara hazırlaşacağıq".

Forvard.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunun "Səbail"lə(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Komanda qol vurur, amma bundan sonra sanki geri çəkilir. Bu da bir neçə dəfə olub. Nə ilə bağlıdır?

- Komandaya tapşırıq olmur ki, sırf müdafiəyə otursunlar. Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırdılar. Heyətimiz də geniş deyil. Çox da rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik, daha sanballı "Araz-Naxçıvan" görəcəyimizə inanıram.

- Kubok əldən çıxdı, demək olar ki, turnir cədvəlində ikinci yeri tutmaq şansını da itirirsiz. Bəs, üçüncü pillədəki yerinizi də əldən çıxması mənasında komandada basqı var?

- Komanda sezon ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq.

- "Turan Tovuz"un ardıcıl xal itkiləri sizi nə dərəcədə motivasiya edir? Hədsiz arxayınçılıq verir?

- Xeyr. Komandamızı daha çox rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq.

- Əvvəlki dövrələrdə qazandığınız qələbələr sizi bu aralar xilas edir. Çünki statistikaya baxsaq, Premyer Liqada son 12 matçda cəmi 1 qələbəniz var. Bunu nə ilə izah etmək olar?

- Xilas edir deyəndə, o qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır.

- Zaman-zaman hakimliklə bağlı gileyiniz, şikayətiniz olur. Ara-sıra mətbuata da söz atırsız. "Araz-Naxçıvan" ilk "altılıq"da qərarlaşan komandalar arasında ən az qol vurandır. Hakimlərin bəzi oyunlarda qərəz və səhvlərini görürük. Futbolçularınızın az qol vurmasının səbəbi nədir?

- Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərik. Sadəcə dəyərləndirmədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim öz söz atmağıma gəlincə, siz fərqli düşünürsüz. Mən heç kimə söz atmıram. Sadəcə bəzən reallığı çox adam görmək istəmir. Əgər keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Biz gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar.


Son xəbərlər

Arif Əsədov: “Qarabağ”la ancaq qürur duymalıyıq”

Adil Mahmudov “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğur qazanacağına inanır

“Qarabağ” azarkeşlərin arzusunun həyata keçirir: Hücumçu ilə danışıqlar başladı FOTO

Azərbaycan yığmalarının İslamiadada ilk sınaqları

"Real" - "Liverpul"u, PSJ - "Bavariya"nı sınağa çəkəcək

Veteran cüdoçumuz dünya üçüncüsü olub

"Beşiktaş" danimarkalını transfer etməyi planlaşdırır

Azərbaycanın dağları var, bəs Alpinizm Federasiyası?

Röyadan sürpriz qərar

I Liqanın bombardiri: “Neftçi”yə bir az şok yaşatdıq”

Qardaşından Röyaya sürpriz bəstə

Azər Bağırov kubokdakı böyük hesablı qələbələrindən danışdı

Qəzənfər Abbasov: “Futbolçularımın gücü çatmadı...”

“Ganjavi Holding” prezidenti sentyabr ayı üçün iki mukafata layiq görülüb

Azərbaycan Futbolunda Yeni Dövr: PFL bunu da bacardı

Xəqani Məmmədov:“Ağdamlılar təzyiqə dözməli və boşluqlar verməməli idi”

Ceyhun Sultanov “Qarabağ”ın daha çox qol vurmalı olduğunu dedi

Şəki klubunun baş məşqçisi: “İnşallah ki, allah utandırmaz”

İlham Yadullayev komandasının ilk qələbəsindən danışdı

Rüstəm Məmmədov yetirmələrinin oyunundan razıdır

Klub prezidenti: “Hakimlər robot deyillər”

“Göyəzən”in yeni prezidenti hədələrini açıqladı

"Traktor" Çempionlar Liqasında darmadağınla qalib gəldi

Tarixində ilk dəfə İsveç çempionu oldu

Vətənə Hazıram–Hərbi Hazırlıq və Vətənpərvərlik Məktəbi” adlı layihə keçirilib - FOTOLAR

Urfan İsmayılov: “Qarşımıza məğlubityyətsizlik seriyası yox, çempionluq hədəf qoyulub”

“Şirvan”ın baş məşqçisi ilk “5-liy”i hədəfləyir

Cüdoçularımız Meksika Qran-prisində üç medal qazandılar

"Əl-Hilal"ın futbolçusu "Fənərbaxça"nın hədəfində

“Qaradağ Lökbatan”ın futbolçusu: “II Liqada asan rəqib yoxdur”

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd etdi

Tural Qurbatov: “İstəməzdik ki, belə nəticə olsun...”

Het-rik edən futbolçudan qələbə şərhi

Abubakar Bakıda “Neftçi” ilə müqavilə imzalayır

“Göyəzən”in yeni baş məşqçisi: “Çalışacağıq ki, layiqli mübarizə aparaq”

Amit Quluzadə U-21 yığmamızın əmin əllərdə olduğunu düşünür

Azərbaycan şahmatçıları təltif olundular

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930