
Riçard Trautman Azərbaycanın cüdo millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib
"Sevindirci haldır ki, bu dəfəki yarışda fəxri kürsüyə əvvəllər yüksəlməyən idmançılar qalxdılar".
"Forvard.az" xəbər verir ki, bunu Azərbaycanın cüdo millisinin baş məşqçisi Riçard Trautman Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis yığma üzvlərinin Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatındakı çıxışlarından danışarkən idmançıların öz potensiallarını eyni vaxtda göstərə bilmədiklərini söyləyib:
"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir. İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də 66 kq çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır – nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi.
Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Onun dünya çempionatında iştirak etmısini istəyirik. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıyıq. Hazırkı Avropa çempionatına isə Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal 81 kq çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay