
Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib
Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib.
"Forvard.az xəbət verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 50 komandanın 153 idmançısı qüvvəsini sınayıb.
5 gün davam edən turnirin son günündə 17 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl, 1 gümüş və 3 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə Gəncə (2-2-0) yiyələndiyi halda, “üçlüy”ü Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA İB, 2-0-1) qapayıb.
Final mərhələsində ən yaxşı boksçu adına Nurlan Yusifli (Ağdaş) layiq görülüb. Ən yaxşı hakim isə Yovana Uqrenoviç (Serbiya) seçilib.
Yarış çərçivəsində məktəbli qızların da seçmə turniri təşkil olunub və 8 çəkidə ən güclülərin adları dəqiqləşib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay